IQNA

Məscidün-Nəbidə İslam tarixi sərgisi

5:08 - March 23, 2024
Xəbər sayı: 3495673
İQNA – Mədinədə Məscidün-Nəbidə açılan sərgidə günümüzün texnologiyalarından istifadə edərək ziyarətçilərə İslamın tarixi izah edilir.

"İQNA", "Ərab News" saytına istinadən xəbər verir ki, sərgi ziyarətçilərə İslam tarixinin immersiv və interaktiv tədqiqini təklif edir.

Sərgi sahəsi 2200 kvadratmetrdir və Məscidün-Nəbinin memarlıq gözəlliklərini ortaya qoyur.

Minbər, mehrab, günbəzlər, qapılar, muzeyin yeri kimi müxtəlif bölmələrin təfərrüatları rəqəmsal alətlərin köməyi ilə üzə çıxarılır və ziyarətçilərə istiqamət verilir.

Sərgidə sənədli filmlərin nümayiş olunduğu zal, həmçinin xüsusi zalda Məscidül-Həram və Məscidün-Nəbinin ən nadir və qiymətli əsərlərindən ibarət kolleksiya da yer alır.

Məscidin cənubunda yerləşən Məscidün-Nəbi sərgisi bu müqəddəs məkanın zəngin memarlıq irsi haqqında daha çox öyrənmək istəyən ziyarətçiləri salamlayır.

Bu sərgi ən son interaktiv texnologiyalar və displeylərlə təchiz olunub və məscidin dizaynı və müxtəlif aspektləri maarifləndirici vizuallar, televiziya və kino vasitəsilə izah edilir.

Səudiyyə Ərəbistanının 2030-cu il üçün hədəflərinə uyğun olaraq təşkil edilən Məscidün-Nəbi memarlıq sərgisinin məqsədi ziyarətçilərin mədəni və mənəvi təcrübələrini zənginləşdirmək və İslamın ən müqəddəs yerlərindən biri haqqında biliklərini artırmaqdır.

4206393

captcha