IQNA

Dünyanın altı dilində Quran təlimi proqramı

20:05 - April 27, 2024
Xəbər sayı: 3495842
İQNA – Məscidül-həram və Peyğəmbər məscidinin rəhbərliyi dünya müsəlmanları üçün altı dildə Quran maarifləndirmə proqramına başlayıb.

"İQNA", "Bəvabul-Əhram" saytına istinadən xəbər verir ki, Məqrətul-Hərəmeyn adı ilə başlayan bu Quran təlimi proqramı 6 dildə olacaq: Ərəb, İngilis, Urdu, İndoneziya, Malay və Hausa.

Proqram Qurani-Kərimin düzgün qiraəti, təcvid təlimi, əzbərləmə və xatırlama çərçivəsində həyata keçiriləcək. Təlimi başa vuranlara sertifikat və Quran oxumağa icazə veriləcək.

Əl-Hərəmeyn oxu proqramı istənilən vaxt və hər yerdə yeni texnologiyalardan istifadə edərək ən yaxşı təlim metodlarından faydalanmaq istəyənlərə Vəhy Kəlamının təlimini asanlaşdırmaq üçün həyata keçiriləcək.

Eynilə, zəvvarlara və ümrə zəvvarlarına Quranın düzgün qiraəti üzrə təlim keçmək imkanı yaradır.

Maraqlananlar Əl-hərəmeyn Kitabxanasının internet səhifəsi və ya hazırlanmış proqramlar vasitəsilə qeydiyyatdan keçə bilərlər.

4211977

captcha