IQNA

Ayətullah-Üzma Xameneinin dəftərxanası "fitrə zəkatı"nın miqdarını elan etdi

13:08 - July 28, 2014
Xəbər sayı: 1434403
Siyasi qrup: Şiələrin Ali Dini Lideri Həzrət Ayətullah-Üzma Seyid Əli Xameneinin fətvasına əsasən 2014-cü ilin mübarək Ramazan ayı üçün "fitrə zəkatı"nın pul ilə miqdarı 5000 tüməndir – (1 manat 20 qəpik).

 

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbər görə Şiələrin Ali Dini Lideri Həzrət Ayətullah-Üzma Seyid Əli Xameneinin dəftərxanasının rəsmi saytının yaydığı məlumata görə Həzrət Ayətullah-Üzma Seyid Əli Xameneinin fətvasına əsasən bu ilin mübarək Ramazan ayı üçün "fitrə zəkatı" və kəffarələrin belədir:
1). "Fitrə zəkatı"nın 2014-cü il üçün məbləği: Buğadnın qiymətinə əsasən 5000 tümən – (1 man. 20 qəpik) və ya 3 kq. buğda, kişmiş, düyü - (15000 tümən) və bunlar kimi əsas qida sayılan yeməklər.
2). Üzrlü səbəbdən oruc tutmayanların kəffarəsinin miqdarı hər gün üçün 750 qr. buğa, un, düyü, çörək və bunlara oxşar qidalar ola bilər. Hər kəs istəsə pulunu da ödəyə bilər. Bu zaman hər gün üçün 1500 tümən (təqribən 36 qəpik) ödəməlidir.
3). Qəsdən və üzrü olmadan oruc tutmayanların kəffarəsinin miqdarı hər gün üçün 60 nəfər ac fəqiri yemək ilə doydurmaqdır – (hər birisinə 750 qr miqdarında verməklə). Əgər hər kəs pulunu vermək istəsə, hər gün üçün 90 000 min tümən (təqribən 23 manat) ödəməlidir. Əgər 60 fəqir tapmazsa, bir fəqirə 2 ya 3 pay verə bilər. 
4). Bayram gecəsi gələn qonağın fitrəsi qonağın öz öhdəsinədir.
5). Seyid olmayanın fitrəsi seyidə haramdır. Və bu barədə meyar və ölçü ailə başçısıdır – (ailə başçısının seyid ya qeyri-seyid olması).
6). Ehtiyat budur ki, hər şəhərin fitrəsi həmin şəhərin fəqirlərinə verilsin.
7). Mömin fəqirlər olduğu halda fitrəni məzhəbi məkanlar və məscidlər üçün xərcləmək olmaz.
Teqlər: xamenei ، zəkat ، fitrə ، ramazan ، fəqir
captcha