IQNA

İmam Səccadın (ə) duaları Pəştu dilinə tərcümə edildi

11:49 - August 26, 2018
Xəbər sayı: 3483732
Şiələrin "Səccad" ləqəbi ilə məşhur olan 4-cü məsum rəhbəri İmam Əli ibn Hüseynin (ə) dualarının məcmuəsi olan "Səhifətus-Səccadiyyə" kitabı Pəştu dilinə tərcümə və 1000 tirajla çap və nəşr edildi.

İmam Səccadın (ə) duaları Pəştu dilinə tərcümə edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami əlaqələr və mədəniyyət təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının Əfqanıstanın paytaxtı Kabuldakı Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə İmam Zeynülabidin Əli ibn Hüseynin (ə) münacat və dualarının məcmuəsi olan "Səhifətus-Səccadiyyə" kitabı Pəştu dilinə tərcümə, çap və nəşr edildi.

Şiələrin "Səccad" ləqəbi ilə məşhur olan dördüncü məsum rəhbəri Həzrət İmam Zeynülabidin Əli ibn Hüseynin (ə) dualarının məcmuəsi olan "Səhifətus-Səccadiyyə" kitabı Pəştu dilinə tərcümə və 1000 tirajla çap və nəşr edildi.

http://iqna.ir/fa/news/3741306

captcha