İŞİD təkfirçi terror qruplaşmasının üzvləri Suriyanın qərbində yerləşən Deyrzur rayonu yaxınlığında bir məscidinin imam camaatını qətlə yetirib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "inəb"ə istinadən verdiyi xəbərə görə, bu hadisə keçən həftənin Bazar günü, 30 May 2021-ci il tarixində baş verib.
İŞİD-ə bağlı medianın yaydığı xəbərə əsasən, Deyrzurun əl-Cuneynə qəsəbəsinin dini müəssisəsinin üzvü və camaat imamı iki nəfər anonim şəxsin açdığı güllə atəşi ilə qətlə yetirilib.
İki nəfər naməlum şəxs İşa namazından çıxan Şeyx Yusif Huneyn əl-Xəlifəyə hücum edərək onu güllə atəşinə tutublar. / iqna