İQNA, "Daily Trust"-a istinadən xəbər verir ki, Oyo əyalətinin müsəlman icması xəbərdarlıq edib ki, dövlət məktəblərində şagirdlərin qanuni olaraq hicabdan istifadə etməsini tələb edəcək.
Oyo əyalətinin Müsəlman liderlərindən biri olan Alhacı Sani, Oyo Müsəlman İcmasının müsəlman birliyi ilə bağlı iclasında çıxış edərkən bu məsələnin qaçılmaz bir seçim olduğunu bildirib.
Əl-Hacı Sani ibtidai, orta və təhsil müəssisələrində baş örtülü müsəlman qız və qadınların təqib və əziyyət edilməsinə toxunaraq deyib: "Müsəlman tələbələrinə məktəblərin xristian adı daşımasını bəhanə edərək dövlət məktəblərində hicab taxmağı qadağan etmək fikri, artıq dözülməzdir. Çünki cəmiyyət artıq bu məsələyə son qoyulması üçün məhkəməyə müraciət etmək qərarına gəlib."
O, qeyd edib ki, Nigeriya Konstitusiyasının 32:2-ci maddəsində deyilir ki, müsəlman təkcə din azadlığına deyil, həm də ifadə azadlığına sahibdir. Hicabdan istifadə İslamın təzahürlərindən biridir. Biz Oyo əyalətindəki bütün qadınlar üçün hicaba icazə verilməsini istəyirik.
Qeyd edək ki, Oyo əyaləti Nigeriyanın cənub-qərbində yerləşir.