"İQNA", "Vanguard"-a istinadən xəbər verir ki, Nigeriyada 13 müsəlman qadın təşkilatından ibarət koalisiya prezident Muhəmməd Buhari və əyalət qubernatorlarını hicaba görə müsəlmanlara qarşı ayrı-seçkiliyə son qoymağa çağırıb.
Koalisiya, Abucada 2022-ci ildə Ümumdünya Hicab Gününü qeyd etmək üçün çərşənbə axşamı keçirilən mətbuat konfransı zamanı bu tələbi bu şüarla səsləndirib: "Hicab bizim tacımızdır, cinayətimiz deyil."
4033322