"İQNA", "Sama News"-a istinadən xəbər verir ki, Şərqi Qüdsün "Həzma" qəsəbəsindəki "Cəfər ibn Əbi Talib" məscidi ötən gecə 250 fələstinli oğlan və qızın mükafatlandırılma mərasiminə şahidlik edib.
Bu mərasim Fələstinin Vəqf və Din İşləri naziri Hatəm əl-Bəkri, Qüds valiliyinin müavini Abdulla Siyam, Həzmənin Darul-Quranının rəhbəri Məhəmməd Ətta Əl-Həllu və bir sıra digər fələstinli şəxsiyyətlər və Quran hafizlərinin ailələrinin iştirakı ilə keçirilib.
Əl-Bəkri deyib: "Vəqf Nazirliyi müvafiq idarələr vasitəsilə Allahın kitabını nəşr edib qorumağa və bu torpaqda Quran nəslini yetişdirməyə çalışır. Biz bütün mövcud imkanlardan istifadə edir və hər bir vilayətdə Qurani-Kərimin təşkilatlarına dəstək olmaq üçün istifadə edirik".
Bu mərasim İslami surudların ifası və Qurani-Kərim hafizlərinə və qiraət, təcvid sahələri üzrə qaliblərə və onların müəllimlərinə sertifikat və mükafatların paylanması ilə müşayiət olunub.
4092884