IQNA

Məscidül-Həram və Məscidün-Nəbidə (s) Fitr bayramı namazı qılınıb

15:55 - April 22, 2023
Xəbər sayı: 3494062
Ramazan bayramı namazı aprelin 21-də səhər saatlarında Məscidül-Həram və Məscidün-Nəbidə (s) çoxlu sayda ibadət edənin iştirakı ilə qılınıb.

"İQNA", Səudiyyə Ərəbistanının "Əl-Vətən" qəzetinin saytına istinadən xəbər verir ki, Şəvval ayının birinci günü və Fitr bayramının gəlişi münasibəti ilə Səudiyyə Ərəbistanının hər yerində müsəlmanlar bu səhər Məscidül-Həram, Məscidül-Nəbi (s) və ölkədəki məscidlərə gedərək bayram namazı qılıblar.

Fitr bayramı namazı Məscidül-Həramın xətiblərindən Saleh ibn Abdullah Həmidin imamlığı ilə xüsusi mənəvi və dini atmosferdə qılınıb.

Saleh ibn Abdullah əl-Həmid Fitr bayramı xütbələrində müsəlmanları ilahi təqvanı riayət etməyə dəvət etmişdir.

Həmçinin Mədinətul-Münəvvərədə Məscidül-Nəbinin (s) xətibi Əbdul-Bari Əs-Səbitinin imamlığı ilə Fitr bayramı namazı qılınıb.

Bayram namazında Mədinə vilayətinin valisi Feysəl ibn Salman ibn Əbdül-Əziz və çoxlu sayda Peyğəmbər (s) məscidinin ibadət edənləri və zəvvarları iştirak ediblər.

Əbdül-Bari Əs-Səbiti Məscidün-Nəbidə (s) Fitr bayramı xütbələrində bu mübarək ayda müsəlmanlara oruc tutmağı və ibadət etməyi nəsib etdiyi üçün Uca Allaha şükür edib.

4135741

 

captcha