IQNA

İslamda zəkat / 2

Quran və hədislərdə zəkatın təsirləri

7:56 - October 23, 2023
Xəbər sayı: 3494902
TEHRAN (İQNA) – Zəkat kəlməsi Qurani-Kərimdə 32 dəfə zikr edilmiş və onun müxtəlif təsir və nəticələrindən bəhs edilmişdir.

 

 - Zəkat vermək Allaha və axirətə imanın əlamətidir.

Tövbə surəsinin 18-ci ayəsi: "Allahın məscidlərini ancaq Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan qorxan kəslər tikə bilər".

- Tövbənin qəbul olunub günahların bağışlamağının yolu namaz qılmaq və zəkat verməkdir.

Tövbə surəsinin 18-ci ayəsi: "Əgər tövbə edib namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır".

-  Namaz qılmaq və zəkat vermək əməlisalehlərin hökumətinə işarədir.

 “Həcc” surəsinin 41-ci ayəsi: “Onlar o kəslərdir ki, əgər onlara bir torpaq üzərində hökmranlıq versək, namaz qılıb zəkat verərdilər”.

-  İlahi insanların əlaməti namaz qılmaq və zəkat vermək, ticarət və alış-veriş etməkdir.

 “Nur” surəsinin 37-ci ayəsi: "Onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən nə ticarət, nə də alver yayındırmaz".

-  Zəkatı inkar etmək küfrlə bərabərdir

 “Fussilət” surəsinin 7-ci ayəsi: “Onlar öz mallarından yoxsula fayda verməzlər. Onlar axirət həyatını da inkar edirlər”.

Quranın Məkkədə nazil olan surələrində zəkatdan bəhs edən bir çox ayə var, o cümlədən Əraf surəsinin 156-cı ayəsi, Nəml surəsinin 3-cü ayəsi və Fussilət surəsinin 7-ci ayəsi.

Bəzi təfsirçilər bu ayələrin müstəhəbb zəkata aid olduğunu bildirirlər. Bəziləri isə deyirlər: Zəkat hökmü Məkkədə nazil olmuş, lakin müsəlmanların sayı az olduğu üçün zəkat pulu yığılmamış və insanlar zəkatını özləri ödəmişlər. Lakin Mədinədə İslam hökuməti qurulduqdan sonra zəkatın alınaraq beytul-malda saxlanması və İslam hökmdarı tərəfindən cəmlənməsi məsələsi “Xuz min əmvalihim sədəqə” (Onların mallarından sədəqə alın ki, onları pak edin! (Tövbə, 103) ayəsinin nazil olması ilə gündəmə gəldi.

Bu ayə hicri təqvimi ilə ikinci ilin Ramazan ayında Mədinədə nazil olmuşdur. Peyğəmbərimiz (s) insanlara Allahın zəkatı namaz qədər vacib etdiyini hər kəsə bildirməyi əmr etmişdir. Bir il sonra müsəlmanlara zəkat verməyi əmr etdi.

İslam hökumətinin qurulmasından və Beytül-Malın qurulmasından sonra zəkat, hər kəsin zəkatının necə hesablanacağını müəyyən edən xüsusi proqrama daxil edilmişdir.

  Bəziləri belə hesab edir ki, Peyğəmbərin zəkat toplamaq tapşırığından sonra zəkat xərcləri “Tövbə” surəsinin 60-cı ayəsində dəqiq göstərilmişdir. Təəccüblü deyil ki, zəkat prinsipi “Tövbə” surəsinin 103-cü ayəsində təsbit edilmiş və onun istifadəsi 60-cı ayədə qeyd edilmişdir.  Çünki biz bilirik ki, Quran ayələri Peyğəmbərin (s) əmri ilə öz yerlərində yerləşdirilmişdir.

“Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir vacib əməl (fərz) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçinin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (Tövbə, 60).

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Zəkat" kitabından götürülmüşdür.
captcha