IQNA

Quranla söhbətdən əldə etdiklərimiz / 57

Peyğəmbərlərin üstünlüyü vəhy almalarıdır

10:35 - November 28, 2023
Xəbər sayı: 3495050
TEHRAN (İQNA) – Peyğəmbərlər də digər insanlar kimi insandırlar. Onların imtiyazı Vəhyi qəbul etmələridir. Onların etdikləri hər şey ilahi vəhyə əsaslanır. Bu vəhy onların bəsirətini açır və həyatın yeni tərəfini göstərir.

“Ənam” surəsinin 50-ci ayəsi: “De: “Mən sizə demirəm ki, Allahın xəzinələri məndədir. Mən qeybi bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabe oluram”. De: “Kor görənlə bir olarmı? Məgər düşünmürsünüz?”.

Allah bu ayədə peyğəmbərimizin qeybi bilmədiyini, mələk olmadığını, ilahi xəzinələrə malik olmadığını bildirir. O da başqa insanlar kimi insandır. Həmçinin etdiyi hər şey ona bu bəsirəti verən vəhyə əsaslanır. Adi insanlar bu anlayışa sahib deyillər. Buna görə də ayədə deyilir: “Məgər korla görən bərabərdirmi? Bu bəsirətə malik bir insan minlərlə kor insana yol göstərə bilər.

Əslində, belə də demək olar; İnsanlar kor deyillər, həqiqəti batildən ayıran ilahi fitrətə malikdirlər. Lakin insanın nadanlığı, qəfləti və nəfsi istəkləri bu fitrəti ört-basdır edir və onun nurdan bəhrələnməsinə mane olur. Peyğəmbər onların fitrətindəki pərdəni götürür və onlara bir nur gətirir ki, onlar vasitəsilə həqiqəti görsünlər.

İnsanlar Peyğəmbərin mələk olduğunu və ya onun da Allah kimi qeybi biliyə malik olduğunu düşünürlər. Bununla belə, onun digər insanlardan heç bir fərqi yoxdur. Yeyib-içir, bazarı dolaşır, evlənir, uşaq sahibi olurlar. İnsanlarla məsləhətləşər, lakin nəfsi istəklərinə uymaz, yumşaq qəlbli, dürüst, etibarlı və vəhy ilə hidayət olunandır. O, heç vaxt yalana qapılmaz. Onları bütün yaxşı insani məziyyətlər bəzəyir.

Mütəfəkkirlər və tədqiqatçılar hesab edirlər ki, Məhəmməd peyğəmbərin (s) imtiyazı onun insanlarla birlikdə olması, ecaz və sirlərdən uzaq olmasında olduğunu düşünüb və deyiblər: Onun dini bəşəriyyətin maddi, mənəvi, ictimai və əxlaqi ehtiyacları ilə uyğundur. Onun bütün prinsipləri fitrətlə uyğundur: Onun bir hədisində deyilir: “Münəccimə və falçılara inananlar mənə iman gətirməmişlər”.

Bu, Ustad Muhyiddin İlahi Qumşeinin “Quranla 365 gün söhbət” kitabından bir parçadır.

4124219

captcha