IQNA

“Məfaza” üçüncü beynəlxalq müsabiqənin qalibləri elan edilib

5:32 - April 01, 2024
Xəbər sayı: 3495716
İQNA - Mübarək Ramazan ayının 18-ci gecəsinin sonunda “innə lil-müttəqinəı məfaza” televiziya müsabiqəsinin yarımfinalçıları bəlli olub.

"İQNA", "Əl-Kövsər" şəbəkəsinin ictimaiyyətlə əlaqələrə istinadən xəbər verir ki, iranlı Cavad Rəfəti 87,5 bal, iranlı Mustafa Himmət Qasimi 86, mərakeşli Yasin Abdullah Əl-Xəzini və banqladeşli Məhəmməd Əbdül Məlik Əl-Qari hər biri 81 xal və Əfqanistandan olan Əmir Hüseyn Qasimi və Cəfər Nur Əhməd Xeyrpur hərəyə 80,5 xal toplayaraq bu yarışın yarımfinalına yüksəliblər.

Bu müsabiqənin birinci və ikinci turunda aşağıdakı qiraətçilər növbəti mərhələyə keçiblər:

 

Birinci dövrə

 

1- Mustafa Heydəri - Əfqanıstan - 86,5

2- Məhəmməd Rza Əkbərzadə - İran - 85,5

3- Hasən Şakir Həmud Al-Saidi - İraq - 84,5

4- Məhəmməd Zare Bakhir - İran - 84

5- Möhsün Qulamrza Şücai - Əfqanıstan - 82,75

6- Əmcəd Fəlih Həsən Əl-Hacim - İraq - 82,25

 

ikinci dövrə

 

1- İshaq Əbdullahi - İran - 91

2- Seyid İbrahim Xamisi - İran - 89

3- Əli Məhəmməd Əbd Əz-Zubeydi - İraq - 87

4- Məhəmməd Rza Əl-Həcc Ommən - İndoneziya - 86,5

5 – İmən İsamuddin Əbdül Fəttah - Misir - 85

6- Məhəmməd Zəlif Ətiyyə - İraq - 85

 

Bu müsabiqənin dördüncü ilkin mərhələsi cümə günü axşam başlayıb və 6 gündən sonra bu dövrənin qalibləri yarımfinala yüksələcək.

17 illik tarixə malik “innə lil-müttəqinəı məfaza” beynəlxalq televiziya müsabiqəsi hər il mübarək Ramazan ayında Əl-Kövsər Qlobal Şəbəkəsində canlı yayımlanan İslam dünyasında ilk və ən böyük Quran televiziya müsabiqəsidir. Bu müsabiqəni mübarək Ramazan ayının sonuna qədər hər gecə Tehran vaxtı ilə saat 23:30-da bu kanalda izləyə bilərsiniz.

4207721

captcha