IQNA

İordaniyada kişilər arasında beynəlxalq Quran yarışlarına start verilib

6:08 - April 01, 2024
Xəbər sayı: 3495719
İQNA - Bazar günü, martın 31-də bu ölkənin paytaxtı Əmmanda kişilər üçün 31-ci İordaniya Beynəlxalq Quran Müsabiqəsinin açılış mərasimi keçirilib.

"İQNA", "Almamlakatv.com" saytına istinadən xəbər verir ki, İordaniyanın Vəqflər, İslam İşləri və Müqəddəs İşlər Naziri Məhəmməd Əl-Xəlailə bu tədbirdə çıxış edərkən deyib: İordaniyada keçirilən 31-ci Əl-Haşimi Beynəlxalq Quran Müsabiqəsində Quranı əzbərləmək və qiraət etmək sahələrində yarışan 48 ölkədən 49 iştirakçı iştirak edir.

O, bu Quran tədbirinin İordaniya hökuməti və xalqının Vəhy kəlamını oxumaq və əzbərləmək, elm və təhsilə diqqət yetirmək istəyini göstərdiyini bildirərək, bu turnirin İslam dünyası və Qəzza sakinləri üçün yaxşı bir başlanğıc olacağına ümidvar olduğunu bildirib.

Məhəmməd Əl-Xəlailə daha sonra bildirdi ki, bu yarışların keçirilməsində məqsəd Quran mədəniyyətini yaymaq və Vəhy kəlamının fəzilət və dəyərlərini həyatda düzgün yanaşma kimi bəyan etməkdir.

İordaniyanın Vəqf Naziri sonda İslam ümməti və Qəzza zolağı sakinlərinin yaşadıqları şərtlərə işarə edərək vurğulayıb: "İordaniya hökuməti və xalqı bütün gücü ilə Fələstin xalqının yanındadır və humanitar yardım çatdırır. Qəzza zolağına və zülmü oradan çıxartmaq üçün bu bölgənin sakinləri Fələstinin davasını qorumağa çalışırlar".

4207915

captcha