IQNA

Küveytli alim:

Ərəb dilinin zənginliyinə görə Qurani-Kərim bu dildə nazil olmuşdur.

5:18 - April 04, 2024
Xəbər sayı: 3495733
İQNA – Ərəb dili əhatəli və zəngin bir dildir və Qurani-Kərim ilahi məna və məfhumları çatdırmaq qabiliyyətinə görə bu dildə nazil olmuşdur.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Küveytin Beynəlxalq Hüquq fakültəsinin ərəb dili ustadı Məhəmməd Həsən Tiyan “Ramazanda şəriət və həyat” proqramında verdiyi açıqlamalarda ərəb dilinin fəzilətlərinə, Quran möcüzələrinə və bənzərsiz bəlağətinə diqqət çəkib.

Tiyan bildirib ki, bir çox alim və tədqiqatçı ərəb dilinin ən gözəl və əhatəli dil olduğuna inanır.

O, həmçinin bəyan edib ki, tarixdə ərəb xalqından daha gözəl bəlağət sahibi və bəlağətə önəm verən bir xalq yoxdur.

Məhəmməd Həsən Tiyan demişdir: "Hər bir peyğəmbərin möcüzəsi həmişə qövmünün üstün olduğu bir sahədə olmuşdur. O əlavə edib ki, Məhəmmədin (s) möcüzəsi Quranın bəlağətidir".

Məhəmməd Tiyan ərəb dilinin dillər arasında ən gözəl, ən əhatəli və ən üstün dil olduğunu, Allahın fəzilət və xüsusiyyətlərinə görə onu Quran dili olaraq seçdiyini bildirmişdir.

  O, həmçinin bildirdi ki, ərəb dilinin 11 min kök olması və ondan milyonlarla sözün alına bilməsi ona heç bir dildə olmayan zənginlik verir.

Küveytli alim Quranın möcüzələrindən birinin ərəb dilini bilmədiyi halda bu kitabı əzbərləyənlərin Quranın möcüzələrindən biri kimi görməsi olduğunu deyib.

Əl Tiyan həmçinin Quranın şer və ya nəsr kimi təsvir edilə bilməyəcəyini və onun musiqisinin hər ikisindən kənar bir şey olduğunu söylədi.

4208076

captcha