IQNA

Qəzzədə Quran hafizi olan qadın şəhid olub

5:34 - April 04, 2024
Xəbər sayı: 3495736
İQNA – Sionist rejim Qəzza zolağında diş həkimi və Qurani-Kərim hafizi olan Şeyma Camal Nəimi şəhid edib.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, fələstinli ana, bacı və həyat yoldaşı olan Şeyma kiçik yaşlarında Qurani-Kərimi əzbərləyib. Dostları onu mehriban və səxavətli insan kimi təsvir edirdilər.

Şeyma Nəim stomatologiya fakültəsini sinfininin ən yüksək pilləsində bitirib. Həmçinin ingilis və alman dillərini mükəmməl bilirdi. O, türk, fransız və ivrit dillərini də bilirdi.

Ömrünün son günlərini ailəsi ilə birlikdə Deyr əl-Bəlhdə keçirən Şeyma yanvarın 6-da sionist rejim döyüşçülərinin bombardmanları nəticəsində oğlu, bacısı və digər ailə üzvləri ilə birlikdə şəhid olub.

Sionist rejimin hücumları nəticəsində Qəzza zolağında qadın, uşaq və qoca daxil olmaqla mülki əhalinin itkiləri günü-gündən artır.

4208198

captcha