IQNA

Sionistlərin Qəzzada məğlubiyyəti davam edəcək

5:49 - April 04, 2024
Xəbər sayı: 3495738
İQNA – İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xamenei deyib: "Sionist rejimin Qəzzada məğlubiyyəti davam edəcək".

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xamenei İmam Xomeyni (r.ə) Hüseyniyyəsində prezident Seyid İbrahim Rəisi, parlamentin sədri Məhəmməd Baqir Qalibaf, məhkəmə sisteminin rəhbəri Möhsini Ejei, hökumət və hərbi rəsmilər və müxtəlif qurumların yüksək vəzifəli şəxsləri ilə görüşüb.

Ayətullah Xamenei burada hökumət rəsmiləri qarşısında çıxışında “ölkədə aparılan yaxşı işlər davam edir, lakin görüləsi işlər daha çoxdur” deyib.

Ayətullah Xamenei hicab məsələsi ilə bağlı “Bu məsələyə İslam hüququ, konstitusiya və onun əks təsirləri baxımından baxmaq lazımdır” deyib.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Qəzzədəki vəziyyəti belə dəyərləndirib: Sionist İsrailin Qəzzada uğursuzluqları davam edəcək və bu rejim tənəzzül və süquta doğru gedir.

Sionist İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumu ilə bağlı Ayətullah Xamenei deyib: "Sionistlərin Suriyada həyata keçirdikləri qorxaq hücum onları uğursuzluqdan xilas etməyəcək. Əlbəttə ki, (İsrail) bu hücuma görə ağır sillə alacaq.

Ayətullah Xamenei Ümumdünya Qüds Günü ilə bağlı "İnşallah builki Qüds Günü hadisələri işğalçı rejimə qarşı beynəlxalq etiraza çevriləcək" dedi.

captcha