IQNA

Nəsrullah: "İsrailin Qəzzada məğlubiyyətinin əlamətləri göz qabağındadır"

5:38 - April 06, 2024
Xəbər sayı: 3495744
İQNA – Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Ümumdünya Qüds günü münasibəti ilə etdiyi çıxışda deyib: "Sionist rejimin Qəzzada məğlubiyyətinin əlamətləri kifayət qədər aydındır".

"İQNA" xəbər verir ki, Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah mübarək Ramazan ayının son cüməsi kimi tanınan Dünya Qüds Günü münasibəti ilə çıxış edib.

Seyid Həsən Nəsrullah çıxışının əvvəlində İranın Dəməşqdəki konsulluğunun binasına sionist İsrailin həyata keçirdiyi hava hücumunda iranlı hərbi müşavirlərin şəhadətinə görə İran xalqı və hökumətinə başsağlığı verib.

Nəsrullah bu şəhidlərin dəyərli olduğunu bildirərək, bu komandirlərin şəhid olması bizim üçün böyük bir məsələdir. Xüsusən də general Zahidi uzun illərdir ki, Livan müqavimətinə böyük faydalar verib. Ona görə də bu hadisə bizim üçün çox mühüm məsələdir" dedi.

Çıxışına davam edən Nəsrullah “Amerikalılar İranla birbaşa danışıqlar aparmaq istəyirlər. Lakin İran indiyədək birbaşa danışıqları qəbul etməyib. İran regional məsələlərdə ABŞ-la danışıqlar aparmır. “İran ən yaxşı komandirlərini qurban verir, sanksiyalara və təzyiqlərə məruz qalıb”, o qeyd edib.

Seyid Həsən Nəsrullah deyib: "İran 1979-cu ildən bəri Livan, Fələstində və regionda işğalçılara qarşı mübarizə aparanların tərəfində olub, öz rəftarları və dəstəyi ilə bir çox tənlikləri və uğursuz imperializm layihələrini dəyişib.

Nəsrullah deyib: "İran öz mövqeyinin arxasındadır və işğalçılara qarşı müqaviməti dəstəkləməyə davam edir. İranla əlaqələr qurmaqdan çox qürur duyuruq. Bölgədə törədilən bütün cinayətlərin arxasında Vaşinqtonun dayandığını bilənlər utanmalıdırlar".

Nəsrullah Əqsa tufanı əməliyyatına da toxunaraq, "Bu əməliyyat bölgədə tarixi bir hadisədir, bundan sonrakı dövr əvvəlki dövr kimi olmayacaq. Əl-Əqsa tufanı əməliyyatı sionist rejimin varlığını təhlükə altına qoydu".

Seyid Həsən Nəsrullah sionist rejimin Suriyaya hücumuna İranın reaksiyası ilə bağlı bunları deyib:

 “İran Dəməşqdəki İran konsulluğuna hücuma mütləq reaksiya verəcək, buna heç bir şübhə yoxdur. İsrail də buna əmindir və işğal etdiyi ərazilərdə xüsusi ehtiyat tədbirləri görüb və bütün ehtiyat qüvvələrini cəlb edib. İranın nə vaxt reaksiya verəcəyini bilmirik, lakin bütün iranlılar bu reaksiyada həmfikirdirlər”.

captcha