IQNA

BƏƏ-də İslam irsinin qiymətli xəzinələri

3:51 - April 08, 2024
Xəbər sayı: 3495758
İQNA – Dubaydakı Şeyx Məhəmməd Bin Rəşid Əl Məktum Quran Əlyazmaları Mərkəzində dünyada qiymətli əlyazmalar və nadir Quranlar xəzinəsi var.

"İQNA", "Əl-İttihad" saytına istinadən xəbər verir ki, sözügedən mərkəz dünyanın nadir əlyazma və Quran nüsxələrinin yeni texnologiyalardan istifadə edilməklə qorunub saxlanılması, sənədləşdirilməsi və sərgilənməsində mühüm rol oynayır.

Şeyx Məhəmməd Bin Rəşid Əl Məktum Quran Əlyazmaları Mərkəzi Quran əlyazmalarının mühafizəsi üçün 2013-cü ildə açılıb.

Bu mərkəzdə Hindistan, Pakistan, Əfqanıstan, Türkiyə, Misir və Suriya kimi ölkələrdən toplanmış müxtəlif nadir əlyazmalar var və bu tarixi və nadir Quran əlyazmaları qızıl su ilə bəzədilib.

Mərkəzdə həmçinin İrandan alınmış 420 illik Quran kitabı, Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun şeirlərinin yer aldığı əlyazmalar və Şeyx Xəlifənin gözəl Quran səhifələri də sərgilənir.

Mərkəzdə Birləşmiş Ərəb Əmirliklərindən olan yazıçı Əbdül Qaffar Hüseynin hədiyyə etdiyi kolleksiya da var. Bu xüsusi bölmədə müəllifin İslam dünyasının müxtəlif yerlərindən əldə etdiyi nadir və qiymətli əlyazmalar və müxtəlif ölçü və cildlərdə Qurani-Kərim yer alır.

4208544

captcha