IQNA

Qəzzada şəhidlərin sayı 34 min 356-ya yüksəlib

7:27 - April 27, 2024
Xəbər sayı: 3495840
İQNA - Sionist rejim ordusunun hücumlarını davam etdirdiyi Qəzza zolağında son 24 saatda şəhidlərin sayı 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi bəyanatda sionist rejimin 20 gün ərzində Qəzza zolağına etdiyi hücumlar barədə məlumat verilib.

Sionist rejim ordusunun son 24 saat ərzində Qəzza zolağına həyata keçirdiyi hücumlarda daha 51 fələstinli həyatını itirib, 75 fələstinli isə yaralanıb.

Sionist rejimin oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 34 min 356 nəfərə, yaralıların sayı isə 77 min 368 nəfərə yüksəlib.

Açıqlamada dağıntılar altında və yol kənarında ölənlərin olduğu, lakin İsrail əsgərlərinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.

captcha