Bu gün, həftənin Cümə Axşamı günü, May ayının 13-də (1 Şəvval 1442 hq) Suriyanın paytaxtı Dəməşq şəhərinin Əməvi Came Məscidində Fitr bayramı namazı qılınıb.
Fitr bayramı namazında Suriyanın prezidenti Bəşşar Əsəd, Suriyanın müftisi Bədruddin Həsun, Suriyanın İslami Fondlar Naziri Məhəmməd Əbdüs-Səttar və digər dövlət rəsmiləri iştirak ediblər. /iqna