IQNA

Məscidlərin sökülməsi təkcə islami kimliyi təhdid etmir

8:04 - April 23, 2024
Xəbər sayı: 3495825
İQNA – Hindistan İslam İcmasının prezidenti bildirib ki, bu ölkədə məscidlərin sökülməsi islami kimliyi təhdid edir.

"İQNA", "Pakistanın səsi" saytına istinadən xəbər verir ki, Hindistan İslam İcmasının rəhbəri Seyid Sədatullah Əl-Hüseyni məscidlərin, məktəblərin və digər islami yerlərin dağıdılmasının yaxşı əlamət olmadığını və ölkədə islami kimliyi təhdid etdiyini bildirib.

Kəşmir mediasının verdiyi məlumata görə, Hindistan İslam İcmasının lideri Kerala əyalətində keçirilən "Hindutvaya müqavimət" mitinqindəki çıxışında “Yeni Dehlinin müxtəlif yerlərində və digər əyalətlərdə həyata keçirilən dağıntı kampaniyası təkcə İslam kimliyini təhdid etmir, həm də Hindistanın dünyəvi quruluşunu təhlükə altına alır" dedi.

O, həmçinin məzhəbçiliyə, nifrətə və irqçiliyə qarşı qətiyyətli müqavimətin zəruri olduğunu bildirərək, nifrətin yayılmasının inkişaf və tərəqqidən daha prioritet olduğunu vurğulayıb.

Bundan əlavə, Əl-Hüseyni qanunun seçmə tətbiqini və siyasi liderlər tərəfindən nifrət nitqinin getdikcə normallaşmasını pisləyib.

O, həmçinin ölkədəki məscidlərin, o cümlədən Cənubi Dehlinin Mehrauli rayonundakı 600 illik məscidin sökülməsindən narahatlığını bildirib.

Hindistan İslam İcmasının lideri həmçinin məhkəmə sisteminin bütövlüyü və qanunun aliliyinə xələl gətirən məzhəbçi siyasətin təhlükəli cərəyanına qarşı xəbərdarlıq edib.

Əl-Hüseyni məhəbbət və dialoq yolu ilə qəlbləri və ağılları qazanmağın vacibliyinə toxunaraq, təhsil və iqtisadi güclənməyə, zülmə qarşı müqavimətə və dini azadlıqların qorunmasına çağırıb.

4211521

Teqlər: hindistan ، İslam ، məscid ، irqçilik
captcha