IQNA

Quranda Ramazan / 3

Həzrət Peyğəmbərin (s) kəlamında “Ramazan”

13:30 - March 22, 2024
Xəbər sayı: 3495670
İQNA - Ramazan ayı ilə bağlı ən məşhur hədislərdən biri də Həzrət Peyğəmbərin (s) Şəban ayının son cümə günü bu ayın bəzi mühüm xüsusiyyətlərindən bəhs etdiyi məşhur xütbəsidir.

Bu xütbədə Ramazanın insanların Allahın qonaqlığına dəvət olunduğu ay olduğu bildirilir; Qədr gecəsi bu aydadır və min aydan daha xeyirlidir; Allah bu ayda oruc tutmağı vacib etmişdir və bu ayın bir gecəsində ibadət etmək digər aylarda yetmiş gecə namaz qılmağa bərabərdir. Hər kim bu ayda Allaha yaxın olmaq niyyəti ilə yaxşılıq və xeyir iş görsə, Allahın birini yerinə yetirən şəxsin mükafatı ona verilər. Bu ayda Allahın vaciblərindən birini yerinə yetirən şəxs, Allahın yetmiş vacibini yerinə yetirmiş kimi savab qazanar. Bu ay səbir ayıdır və səbrin mükafatı Allahın cənnətidir. Bu ay həmrəylik və şəfqət ayıdır; o aydır ki, Allah mömin bəndələrinin ruzisini artırar. Bu ayda oruc tutan mömini iftara dəvət edən şəxsin, hətta bir qurtum süd və ya bir neçə xurma ilə də olsa, savabı, qul azad edilməsi və keçmiş günahlarının bağışlanmasına bərabərdir. Ramazan əvvəli rəhmət, ortası bağışlanma, sonu duanın qəbul olunması və cəhənnəm odundan qurtuluş olan bir aydır.

Həzrət Əlinin (ə) Rəsuli-Əkrəmdən nəql etdiyi başqa bir xütbəyə görə, Ramazan bərəkət, rəhmət və məğfirət ayıdır. Allah dərgahında ən xeyirli aydır. Onun günləri ən xeyirli günlər, gecələri ən xeyirli gecələr və saatları ən xeyirli saatlardır. Bu ayda cənnətin qapıları açıq, cəhənnəmin qapıları bağlanır. Möminlərin bu ayda nəfəs çəkməsi təsbih, yuxusu ibadətdir. Əməlləri və duaları qəbul olunar. Peyğəmbər (s) bu xütbənin davamında möminlərdən qiyamət gününün aclıq və susuzluğunu bu ayda öz aclıq və susuzluqları ilə xatırlamalarını, yoxsul və fəqirlərə sədəqə vermələrini, böyüklərə hörmət etmələrini, kiçiklərinə mərhəmət göstərmələrini istəyir. Sileyi-rəhim (qohumlara baş çəkməyi) etmələrini istəyir. Dillərini saxlamağı istəyir. Allahın görməyi haram etdiyi şeylərə baxmamağı istəyir. Allahın eşitməyi haram etdiyi şeylərə qulaq asmamalarını istəyir.

Həzrət Peyğəmbər (s) bu xütbənin davamında istiğfar etməyi, uzun səcdə etməyi, oruc tutanlara iftar verməyi, tabeçiliyində olanlara yaxşı davranmağı, yetimlərə qulluq etməyi, sileyi-rəhim (qohumlara baş çəkməyi) etməyi, müstəhəb namaz qılmağı, vacibləri yerinə yetirməyi, salavat çevirməyi və Quran qiraət etməyi tövsiyə etmişdir. Həmçinin İmam Əlinin (ə) sualına cavab olaraq bu ayda ən yaxşı əməlin haramlardan çəkinmək hesab etmişdir.

captcha