İQNA-nın (Beynəlxalq Quran Xəbrə Agentliyi) FOTROS MEDİA teleqram kanalına istinadla verdiyi xəbərə görə, Osmanlı imperatorluğu zamanında bu imperiyanın ərazisində tikilən bina və tikililərdə İran- İslam memarlıq və incəsənət üslublarından istifadə geniş yayılmış, İran memarlığının özünəməxus yeri olmuş və həmçinin bu məsələ Osmanlı sultanlarının xüsusi diqqət mərkəzində olmuşdur.
Osmanlı imperatorları saray və qəsirlərin tikilişində İran incəsənət ustalarının hazırladıqları “kətibə”lərdən (daşyazı) istifadə edilməsinə xüsusi önəm verirdilər. Bu kətibələr çox vaxt Fars dilində olurdu.
İstambulun Topqarı sarayının giriş qapısının yuxarısında yerləşdirilmiş “farsca kətibə” də bu iranlı ustaların incəsənət əsərlərindən biridir. Bu kətibə Sultan Məhəmməd Fatehin göstərişi ilə hazırlanmışdır.
Topqarı sarayının giriş qapısının yuxarısında yerləşdirilmiş “farsca kətibə”də İran və şiə incəsənət və memarlıq üslubunun nişanələri bu kətibənin işləndiyi kirəmit düzümündə və Möminlərin əmiri Həzrət İmam Əlinin (ə) adının kirəmit kətibə üzərinə yazılışı qabarıq şəkildə özünü göstərir. Buna görə də ehtimal edilir ki, bu sarayın memarları iranlı və şiə olublar.
Bu saray barədə videoçarxı oxucularımıza təqdim edirik: