Sahartv-nin verdiyi məlumata görə, Şeyx Nəim Qasim deyib: Bu üçbucaq zədələnib, onlar müqavimətin qalib gələcəyindən əmin oldular.
Şeyx Qasim deyib: Bin Salman Yəməndə məğlub oldu ona görə ki, çoxlu sayda günahsız insanları qırğın etdi və 12 milyon insanın aclıqla üz-üzə durmasına səbəb oldu amma Əl-Hədidə və digər bölgələrdə irəliləyə bilmədi.
Livan Hizbullahının baş katibinin müavini Tramp barədə isə deyib: O İranı sanksiya etmək üçün əlindən gələni etdi amma sonda İran xalqı və rəhbərinin müqaviməti ilə üzləşərək öz sanksiyalaırnın bir hissəsindən geri oturmalı oldu.
Şeyx Qasim deyib: Netanyahu da Qəzzədə fələstinlilərlə qarşılaşmaqda aciz qaldığına görə, geri oturmaq və atəşkəslə razılaşmalı oldu.
Livan Hizbullahının baş katibinin müavini Qəzzədə gedən son hadisələr barədə isə deyib: Qəzzə sionist rejim ilə qarşıdurmada böyük uğur qazandı və Fələstin xalıq və müqaviməti təcavüzü dəf etməkdə qalib gəldi, İsrail isə bu müharibədə məğlub oldu.