İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının görmə qüsuru olanlar, xanımlar, dini tələbələr və ümumi kateqoriyaları əsasında keçirilən 36-cı Beynəlxalq Qurani-Kərim Yarışlarının beş günülük (10-14 Aprel) final mərhələsi başa çatıb və qaliblərinin adları elan edilib.
Qaliblər dünən, həftənin Bazar günü, 14 Apel 2019-cu ilin, günün ikinci yarısında, Tehranın İmam Xomeyni (r.ə) müsəllasında keçirilən yekun mərasimində mükafatlandırılıblar.
Müxtəlif ixtisas və kateqoriyalar üzrə qaliblərin siyahısı - (adlar 1, 2, 3-cü və s... yerlər əsasında ardıcıllıqla sıralanıb):
Qurani-Kərimin peşəkar qiraəti üzrə qaliblər:
Salman Əmrullah (İndoneziya)
Mehdi Qulamnəjad (İİR)
Məhəmmədrza Salman (İraq)
Əhməd Əmir Əbdüləziz (Misr)
Van Eynuddin Helmi (Malaziya)
Yaşlılar arasında Quranın kamil hifzi üzrə qaliblər:
Məhəmmədcavad Muradi (İİR)
Əbdəli Tövfiq (Əlcəzayir)
Əhməd Bədruddin Həmami (Suriya)
Əhməd Üsamə (Mavritaniya)
Əkrəm bin Zəkəriyya Bəqluti (Tunis)
Xanımlar arasında Quranın kamil hifzi üzrə qaliblər:
Məryəm Şəfii (İİR)
Fatimə Yunis (Livan)
Samanə Musəvi (Əfqanıstan)
Görmə qüsuru olanlar arasında Quranın kamil hifzi üzrə qaliblər:
Seyid Həmdi İbrahim (Misr)
Səid Əliəkbəri (İİR)
Seyid Nuruddin əl-Həqq (Hindistan)
Tələbə qızlar arasında Quranın kamil hifzi üzrə qaliblər:
Zeynəb Əmin Pur (İİR)
Feyza Nərgiz (Türkiyə)
Reym Əşbul (İordaniya)
Tələbə oğlanlar arasında Quranın kamil hifzi üzrə qaliblər:
Əbdüləlim Əbdürrəhim Məhəmməd Haci (Kenya)
Əli Feyzi (İİR)
Məhmud Əbul-Xeyr Nasif (Suriya)
Tələbə oğlanlar arasında Quranın peşəkar qiraəti üzrə qaliblər:
Əmirhüseyn Rəhməti (İİR)
Seyid Yasin Hüseyni (Əfqanistan)
Məhəmməd Rifqi Hivari (İndoneziya)