İQNA, "Texas Monthly"-yə istinadən xəbər verir ki, bu sərgidə nümayiş etdirilən əsərlərin diqqət mərkəzində İslam sənətinin 175 illik fransız brendinə təsiri və İran, Ərəb və Monqolustan sənətindən götürülmüş əsərlər vardır.
Bu sərgi, Luvr Muzeyi ilə əməkdaşlıq və Cartierin (məşhur fransız zərgəri) dəstəyi ilə təşkil olunub. Bu, İslam sənətinin kolleksiyaçı kimi Louis Cartier-ə və daha da əhəmiyyətlisi, 1847-ci ildə babası tərəfindən qurulan zərgərlik və dəbdəbəli əşyaların ailə ticarətinə necə böyük təsir etdiyini göstərir.